AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 31 YANVAR 2021 CI İL – 4 CÜ RƏBB GÜNÜ ADİ DÖVR
31 YANVAR 2021-CI IL, 4 cü RƏBB GÜNÜ ADİ DÖVRÜN ELANALARI
Apostol Prefekturasının elanları
2 fevral Allaha həsr olunmuşların günüdür.
Rəbbin həsr olunması Bayramı Katolik Kilsəsində Allaha həyatlarını həsr edənlərin günü kimi qeyd olunur. Və həmçinin kahinlərin, rahibələrin müqəddəsliyi üçün ümumdünya dua günüdür.
Sizi bu gün kahinlərimiz və Allaha öz andlarını yeniləyən bütün həsr olunanlar üçün duaya qoşulmağa dəvət edirik.
Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı
Mövcud vəziyyətdə pandemiya qaydaları kütləvi şəkildə toplanmağımıza imkan vermir. Ancaq bu dövrdə kilsələr açıq olacaq. Sizləri Şəxsi dua, kahinlə söhbət və ayinləri qəbul etmək üçün (Xətai və ya Gənclikdəki) kilsəni ziyarət etmək barədə kahinlərlə şəxsən əlaqə saxlamağınızı xahiş edirik
Xatırladaq ki, xüsusilə tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik.
Kilsəni ziyarət etmək, ayinləri qəbul etmək, ilahi xidmətlərdə iştirak etmək və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.
Həmçinin Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.
Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma
Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.
Növbəti həftə üçün liturgiya təqvimi
2 fevral çərşənbə axşamı, İsa Məsihin həsr olunması bayramıdır.
3 fevral çərşənbə günü, yepiskop və şəhid olan müqəddəs Sebasteli Vlasın xatirə günüdür.
4 fevral cümə axşamı günü, ayın ilk cümə axşamıdır keşişlik və rahiblik çağırışları üçün dua günüdür.
5 fevral cümə günü, bakirə və şəhid olan müqəddəs Aqafianın xatirə günüdür və həmçinin ayın ilk cümə günü, İsanın Müqəddəs Ürəyinə ehtiram və tövbə günüdür.
6 fevral şənbə günü, müqəddəs keşişlər Pavel Mikki və onların şəhid Səhabələrinin xatirə günüdür, və həmçinin ayın ilk şənbə günüdür Müqəddəs Bakirə Məryəmin günahsız ürəyinə ehtiram günüdür.
7 fevral bazar günü, 5 ci Rəbb günü adi dövrdür.