AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 7 FEVRAL 2021 CI İL – 5 Cİ RƏBB GÜNÜ ADİ DÖVR

7 FEVRAL 2021-CI IL, 5 ci RƏBB GÜNÜ ADİ DÖVRÜN ELANALARI


Apostol Prefekturasının elanları

Möhtərəm Vladimir Fekete həzrətlərinin yepiskopluğa əlqoyulmasının (xirotoniya) ildönümü.

11 fevralda Azərbaycan Apostol Prefekturasının Baş yepiskopu möhtərəm Vladimir Fekete 

Həzrətlərinin  yepiskopluğa əlqoyulmasının  üçüncü ildönümüdür. Ölkəmizdəki bütün Katolik Kilsəsinin sadiqlərindən , Allahı uca tutaraq Arxipastırımız üçün dualar etməyə çağırırıq. qoy Uca Tanrı onu sülh və birlik naminə Azərbaycandakı Kilsənin xeyrinə xidmətində gücləndirsin.


Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı

Mövcud vəziyyətdə pandemiya qaydaları kütləvi şəkildə toplanmağımıza imkan vermir. Ancaq bu dövrdə kilsələr açıq olacaq. Sizləri Şəxsi dua, kahinlə söhbət və ayinləri qəbul etmək üçün (Xətai və ya Gənclikdəki) kilsəni ziyarət etmək barədə kahinlərlə şəxsən əlaqə saxlamağınızı xahiş edirik

Xatırladaq ki, xüsusilə tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik. 

Kilsəni ziyarət etmək, ayinləri qəbul etmək, ilahi xidmətlərdə iştirak etmək və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.

Həmçinin Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi 

10 fevral çərşənbə günü, Müqəddəs bakirə Sxolastikanın və Müqəddəs Papa Piy XI in xatirə günləridir

11 fevral cümə axşamı günü, Müqəddəs bakirə Məryəmin, Lurde ( Fransa ) şəhərində möcüzəli zahir olunduğunun xatirə günüdür, və həmçinin ümumdünya xəstələr günündür 

14 fevral bazar günü, 6 cı Rəbb günü adi dövrdür.