Azərbaycandakı Apostol Prefekti Koronavirus səbəbiylə məsləhət verir
Azərbaycandakı Apostol Prefekti Koronavirus səbəbiylə məsləhət verir
Azərbaycandakı təsdiq olunmuş koronavirusa yoluxma hallarının nisbətən az olması səbəbindən ümumi əhali arasında yayılma risqi aşağıdır. Lakin, liturgiya mərasimlərinə toplanmanın müntəzəm olmasını və Kilsəmizi ziyarət edən turist sayını nəzərə alsaq, Apostol Prefekturası növbəti məsləhətləri verir.
Bu məsləhətə Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla yerli və milli səhiyyə qurumlarının verdiyi məsləhətlə birgə baxmaq lazımdır. Bu məsləhət Azərbaycan dini rəhbərlərinin ölkənin baş epidemioloqu Prof. İbadulla Ağayevlə 5 Mart 2020-dəki görüşündən sonra hazırlanmışdır.
Aşağıdakı tövsiyyələrin koronavirus haqdakı mövcud anlayışla və səhiyyə qurumlarının hesabladığı risklə düz mütənasib olduğuna inanırıq. Onlar Katolik kilsəsinin ən çox risqə məruz qalanları qorumaq haqdakı əlahiddə hüququna uyğundur. Ayrı-ayrı fərdlər kilsənin liturgiya toplantılarında iştirak etməzdən əvvəl öz səhhətini, başqalarını yoluxdura bilmək risqini nəzərə almalıdır.
Müqəddəs Su müvəqqəti olaraq kilsə binasının girişindəki çiləmə vazlarından (qablarından) götürülməlidir ki, virusun yayılması risqi olmasın. Müqəddəs Suyu insanların evə götürə bilməsi üçün imkan olmalıdır.
Kİlsə icmasında yaxud binalarında liturgiyanın qeyd olunması üçün spirt əsaslı gellər yaxud mazlar (buna bənzər məhsullar) girişlərdə qoyulmalıdır. Tövbə mərasiminin həyata keçirilməsi üçün eyni imkanlar yaradılmaldır.
Sülh salamını verərkən, fərdlər əl sıxmaq əvəzinə sadəcə “sizə sülh olsun” deyərək başını əyib gülümsəməlidir. Müqəddəs Yevxaristiyanın bütün xidmətçiləri xüsusilə ayindən əvvəl və sonra əllərini yumalıdır. Bunun üçün müvafiq şərait yaradılmalıdır. Keşiş yeni təlimat olana qədər Müqəddəs Yevxairstiyanı Kasadan verməyi dayandırmalıdır. Möminlərə izah edilməlidir ki, Məsih hər iki müqəddəs elementdə tam var.
Koronavirus ağız suyu vasitəsilə asanlıqla yayılır. Latın Ayininin adi formasındakı yevxaristiyada Məsihin bədəninin yalnız əllə qəbul edilməsi məsləhət görülür, çünkü ağıza qəbul edərkən xəstəliyin ötürülməsinin risqi daha çoxdur. Həmçinin keşiş yevxaristiyanı qəbul edənin əli ilə təmasdan qaçmalıdır.
Möminlər Rəbb günü messasına gəlmək üçün özlərini çox pis hiss edirlərsə – koronavirus səbəbindənmi yaxud başqa səbəbdənmi – yaxud COVID-19 virusuna yoluxmaq onlar üçün çox risqlidirsə onlar bu dövrdə evlərində qalıb duada, Müqəddəs Yazıları oxumaqda, yaxud messanı televizorda yaxud internetdə izlələyərək vaxt keçirsələr Rəbb gününə ehtiram etmiş sayılacaqlar.
Katoliklər əmin ola bilər ki, onlar COVİD-19 virusuna yoluxsalar və ciddi xəstələnsələr, keşişlər daimi olaraq onların müqəddəs ayinləri yerinə yetirməsi üçün və onlara ruhani qayğının göstərilməsi üçün şərait yaradacaq. Keşişlər və digər kilsə rəhbərləri öz məsləhətlərini möminlərə aydın və düzgün şəkildə verməlidir.
Azərbaycandakı Apostol Kilsəsi səhiyyə qurumlarının və digər yepiskopların məsləhətlərini daima nəzərdən keçirəcək, və bu məsləhətlər zəruri olduqca yeniləri ilə əvəz ediləcək.
Bakı 6 Mart 2020