AZƏRBAYCANIN ƏNƏNƏVİ DİNİ İCMALARININ BAŞÇILARI HEYDƏR ƏLİYEVİN MƏZARI ÖNÜNƏ GÜLLƏR DÜZÜBLƏR
12 dekabr- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirminci ildönümüdür.
Heydər Əliyevin səyləri ilə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik təmin edildi, siyasi və iqtisadi quruculuq dövrü başlandı, ölkənin ərazi bütövlüyünün gələcəkdə bərpasının əsasları qoyuldu.
Heydər Əliyev xalqın yaddaşında unikal siyasi təfəkkürə, müdrikliyə malik lider olaraq qalır.
Ümummilli lider ölkədə dinlərarası sülhə xüsusi diqqət yetirirdi. Azərbaycan katoliklərin dini həyatının dirçəldilməsi və ölkədə Katolik Kilsəsinin strukturlarının bərpası Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin tapşırığı ilə Bakı şəhərinin katolik icmasına torpaq sahəsi bağışlandı və həmin torpaq sahəsinin üzərində sonradan paytaxtın əsas katolik kilsəsi olan Müqəddəs Məryəm kilsəsi tikildi.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete böyük dövlət xadiminin vəfatının iyirminci ildönümündə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyx-ül-islam A. Paşazadənin başçılıq etdiyi ölkənin ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri qrupunun tərkibində Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb.



