Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete Mərkəzi Asiyanın katolik və pravoslav yepiskoplarının tarixi görüşündə iştirak edib

19 aprel 2023-cü il tarixində Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının iclası çərçivəsində regionun Katolik və Pravoslav yepiskoplarının tarixi görüşü baş tutdu.
Görüş “Bütün xalqların Anası – Fatimalı Məryəm” katolik kilsəsində keçirilib. Qazaxıstan Mitropoliya Dairəsinin başçısı, Astana və Qazaxıstan mitropoliti Aleksandrı və onun başçılıq etdiyi pravoslav yepiskopları və ruhanilərdən ibarət nümayəndə heyətini yepiskop Adelio del Oro qarşılayıb.
Orta Asiya regionunun pravoslav və katolik Kilsələri imanın təqibi zamanı çox çətin anlar yaşayıblar. Buna görə də, Qazaxıstanın və bütün Orta Asiya regionunun Katolik Kilsəsinin taleyində xüsusi yer tutan Qaraqanda şəhərində, bütün xalqların Anası olan Məryəmin şəfaətinə həsr olunmuş katolik kilsəsində Pasxa ilahilərin səslənməsi xüsusilə gözəl və ruhlandırıcı idi. Pravoslav mitropoliti müxtəlif dillərdə sevinclə “Məsih dirildi!” xəbərini bəyan etdi və hər iki Kilsənin ruhaniləri yekdilliklə “Həqiqətən dirildi!” deyərək ona cavab verdilər.
Bölgənin Katolik Kilsəsini Monqolustandan olan kardinal Corco Marenqo, Astana arxiyeparxiyasını təmsil edən arxiyepiskop Tomaş Peta və yepiskop Afanasius Şnadier, Qazaxıstanın cənub bölgələrində rəhbərlik edən yepiskop Xose Luis Mumbiela Sierra, Qaraqanda yeparxiyasına məsul yepiskop Adelio del Oro və yepiskop Yevgeniy Zinkovski, Özbəkistandan yepiskop Yejı Matsuleviç, Azərbaycandan yepiskop Vladimir Fekete, Qazaxıstan və Orta Asiyada Yunan Katolik Kilsəsini idarə edən mitrofor protoiyerey Vasiliy Qovera, Qırğızıstandan ata Entoni Korkoran, Türkmənistandan ata Ancey Madey, Qərbi Qazaxıstan katoliklərinə qayğı göstərən ata Peter Sakmar, Əfqanıstandan olan ata Covanni Skalese təmsil ediblər.
catholic-kazakhstan.org saytının materialları əsasında