Azərbaycanın Apostol Prefekturasında növbəti 2025-ci Yubiley İli zamanı indulgensiyaların verilməsi haqqında DEKRET

Azərbaycanın Apostol Prefekturasında növbəti 2025-ci Yubiley İli zamanı indulgensiyaların verilməsi haqqında

DEKRET

Müqəddəs Ata Fransiskin 9 may 2024-cü il tarixli “Spes non confundit” adlı növbəti 2025-ci Yubiley İlinin elan edilməsi haqqında Bullasına uyğun olaraq, haradaki “zəvvarlıq hər hansı yubiley tədbirinin əsas elementidir” (5-ci bənd) və “…müqəddəs VI Pavelin yazdığı kimi, “indulgensiyamız olan” Məsihin lütfü ilə indulgensiya bizə Allahın mərhəmətinin nə qədər sonsuz olduğunu kəşf etməyə imkan verir”    (23-cü bənd) deyilib;

eyni Bullada Romadakı və dünyanın digər yerlərindəki Müqəddəs Qapılar və Yubiley kilsələrinə istinad etməklə yanaşı, yerli səviyyədə ümid doğuran qonaqpərvərlik yerlərinin, xüsusən də Müqəddəs Məryəmə həsr olunmuş məkanların dəyərləndirilməsi vacibliyinin göstərilməsini nəzərə alaraq (24-cü bənd);

Apostol Penitensiariyası tərəfindən 2024-cü il mayın 13-də dərc edilmiş növbəti 2025-ci Yubiley ili zamanı indulgensiyaların verilməsi Qaydalarını nəzərə alaraq, haradaki  “imanlılar, ümidin zəvvarları, Müqəddəs Ata tərəfindən verilən Yubiley indulgensiyasını ala bilərlər, əgər onlar kafedral kilsəsinə və ya yerli Ordinariy tərəfindən təyin olunmuş digər kilsə və ziyarətgahlara təqvalı zəvvar ziyarətləri edəcəklər” (Normlar, I);

bu dekret ilə müəyyən edirəm ki, 2024-cü il dekabrın 29-da yeparxiya səviyyəsində Yubiley ilinin açılışından başlayaraq bütün Müqəddəs il ərzində Azərbaycanda Apostol Prefekturasında müqəddəs zəvvar ziyarətləri  və yubiley indulgensiyaların alınması üçün qəbul edən Yubiley kilsəsi Yerli Kilsəmizin bütün imanlıları üçün ana kilsəsi olan Bakı şəhəri Müqəddəs Məryəm (Əqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi) kilsəsi  olacaq.

İmanlılar fərdi və ya qrup halında bu kilsəni təqva ilə ziyarət etsələr və orada ağlabatan müddət ərzində Yevxaristik Adorasiya və meditasiya edərək, onu “Atamız” duası, qəbul olunmuş hər hansı bir formada “İman şəhadəti” və Allahın Validəsi Məryəmə çağırışlarla yekunlaşdırsalar, bütün digər şərtləri yerinə yetirməklə Yubiley indulgensiyalarını ala bilərlər (Normlar, II).

Həmçinin, Normalara uyğun olaraq, ciddi səbəblərə görə yubiley tədbirlərində iştirak edə bilməyən imanlılar (ahılılar, xəstələr, məhbuslar, habelə xəstələrə qulluq edənlər) bu tədbirlərdə iştirak edən imanlılarla həm ruhən, həm də əlaqə vasitələri ilə birləşərək, “Atamız”, “İman Şəhadəti” və Müqəddəs İlin məqsədlərinə uyğun digər duaları oxusalar, adi şərtlərə riayət etməklə, əzablarını və ya həyatın çətinliklərini qurban verərək yubiley indulgensiyalarını ala bilərlər. (Normlar, II)

Bundan əlavə, imanlılar müvafiq zaman sərf edərək, ehtiyacı olan və ya çətinlik çəkən bacı-qardaşlarını – xəstələri, məhbusları, tənha qocaları, əlilləri ziyarət etməklə, sanki onlarda var olan Məsihə doğru zəvvar ziyarətini etməklə, adi şərtlərə əməl edərək yubiley indulgensiyasını ala bilərlər (Normlar, III).

2025-ci ildə növbəti Yubiley zamanı hər hansı digər indulgensiya növləri qüvvədə qalır. Mən bütün keşişləri imanlılara xilas vasitələrindən faydalanmaq üçün mümkün qədər geniş imkan yaratmaq üçün səy göstərməyə, xüsusən, mümkünsə, tövbələr cədvəlini yaratmağa və dərc etməyə, habelə müntəzəm və tez-tez tövbə ibadətlərinini planlaşdırmağa çağırıram.

 

Yepiskop Vladimir Fekete SDB,

Apostol prefekti

 

Keşiş Behbud Mustafayev,
Kuriyanın kansleri

 

Bakı, 8 dekabr 2024 il