Müqəddəs Messa

Müqəddəs Messa

1. Başlanğıc ayinlər

Ata, Oğul və Müqəddəs Ruhun adı ilə.

Amin.

Rəbb Sizinlə olsun.

Və sənin ruhunla.

Hər şeyə qadir Allaha və sizə, bacılarım və qardaşlarım, etiraf edirəm ki,
öz təqsirimdir ki, fikirlərimdə və sözlərimdə, hərəkətlərimlə və borcumu yerinə yetirməməklə çox günah etmişəm.

Mənim təqsirimdir, mənim təqsirimdir, mənim böyük təqsirimdir. Buna görə Müqəddəs, Həmişə-Bakirə Məryəmdən, bütün Mələklərdən və Müqəddəslərdən və sizdən, bacılarım və qardaşlarım xahiş edirəm ki, mənim üçün Rəbbimiz Allaha dua edəsiniz.

Hər şeyə qadir Allah bizə rəhm etsin, günahlarımızı bağışlasın və bizi ebədi həyata qovuşdursun.

Amin.

Kyrie, eleison, Christe, eleison, Kyrie, eleison.

Rəbb bizə rəhm et.

Məsih, bizə rəhm et.

Rəbb, bizə rəhm et.

Göylərdəki uca Allaha həmd olsun

və yer üzündəki xoş məramlı insanlara sülh gəlsin. Səni tərif edirik. Səni ucaldırıq. Qarşında diz çökürük.
Sənə həmd edirik. Uca Allah, göyün Hökmdarı, hər şeyə qadir Ata,
ey Allahımız, uca Əzəmətin üçün Sənə şükür edirik. Rəbb İsa Məsih, Yeganə Oğul, Rəbb Allah, Allahın Quzusu, Atanın Oğlu, dünyanın günahlarını təmizləyən Sən, bizə rəhm et; dünyanın günahlarını təmizləyən Sən, dualarımızı qəbul et; uca Allahın sağında əyləşən Sən, bizə rəhm et. Çünki yalnız Sən müqəddəssən, yalnız Sən Rəbbimizsən, yalnız Sən uca Allahsan. Ey Məsih İsa, Müqəddəs Ruhun birliyində Ata Allahın izzətindəsən. Amin.

Dua edək.

Amin.

2. SÖZ LİTURGIYASI

(MÜQƏDDƏS KİTABIN OXUNUŞU)

1ci oxunuş

Bu Allahın Kəlamıdır

Allaha şükürlər olsun.

Məzmur (ruhani nəğmə)

2ci oxunuş

Bu Allahın Kəlamıdır

Allaha şükürlər olsun.

Alleluya

İncil

K: Rəbb sizinlə olsun.

M: Və sənin ruhunla.

Keşiş (Diakon): Müqəddəs N-ın Müjdəsindən İsa Məsihin sözləri.

M: Şan-şərəf Rəbbindir.

K: Bu Rəbbin Kəlamıdır.

M: Rəbb İsa Məsih, Sənə həmd olsun.

Moizə

Həvarilərin Kredosu

İman edirəm. Yeri və göyü yaradan Külli-ixtiyar Ata Allaha ve Onun Yeganə Oğlu, Müqəddəs Ruhdan döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə enmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış, külli-ixtiyar Ata Allahın sağında əyləşmiş, oradan diriləri və ölüləri mühakimə etməyə gələcək, Rəbbimiz İsa Məsihə iman edirəm. Müqəddəs Ruha, Müqəddəs Ümumdünya Kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata iman edirəm. Amin.

Nikeya-Konstantinopol Kredosu

İman edirəm – bir tək Allaha inanıram.

Yerin və göyün, görünən və görünməyən bütün varlığları yaradan, Külli-İxtiyar Ata Allaha inanıram. Əzəldən Atadan dünyaya gəlmiş, Allahın yeganə Oğlu,
bir tək Rəbb olan Məsih İsaya inanıram.
O, Allahdan Allah, Nurdan Nur, Həqiqi Allahdan Həqiqi Allahdır.

O, doğulmuş, lakin yaradılmamışdır,
Ata ilə eynidir və hər şey onun vəsitəsi ilə yaradılmışdır. Biz, insanlara görə və bizi xilas etmək naminə göydən enmiş, Müqəddəs Ruhun qüdrətilə Bakirə Məryəmdən Vücüd alıb insan olmuşdur. Pontius Pilatus vaxtında bizim üçün acı çəkərək çarmıxa çəkilmiş, ölmüş, dəfn edilmiş və Müqəddəs Yazılara görə üç gündən sonra dirilmişdir. Göyə çıxmış
və Atanın sağında oturmaqdadır. Diriləri və ölüləri mühakimə etmək üçün təkrar gələcək və Onun padşahlığı
heç vaxt sona çatmayacaqdır.

Peyğəmbərlər vasitəsi ilə danışmış olan Ata və Oğuldan gələn, Ata və Oğul ilə birlikdə sitayiş edilən və ucaldılan, həyatın qaynağı və Rəbb olan,
Müqəddəs Ruha inanıram.
Bir olan, Müqəddəs, Ümum-dünya (katolik) və Həvari Kilsəsinə inanıram. Günahların əfv edilməsi üçün tək bir vəftizi qəbul edirəm, ölülərin dirilişini
və əbədi həyatı gözləyirəm.

Amin.

Möminlərin duası

Eşit bizi, ya Rəbb.

Amin.

3. EVXARISTIYA LİTURGIYASI

(ÇÖRƏYİN VƏ ŞƏRABIN TƏQDİM EDİLMƏSİ)

İndi və həmişə Allaha şükür edək.

Qardaşlarım və bacılarım, Allah, hər şeyə qadir Ata mənim və sizin qurbanınızı qəbul etməsi üçün dua edin.

Allah Öz adının ucalığına və şanına, bizim və Bütün Müqəddəs Kilsəsinin rifahı üçün

əllərindən bu qurbanı qəbul etsin.

Amin.

Rəbb sizinlə olsun.

Və sənin ruhunla.

Qəlblərimizi yüksəldək.

Qəlblərimiz Rəbb ilədir.

Rəbbimiz Allaha şükür edək.

Bu doğru və adildir.

Müqəddəs, Müqəddəs, Müqəddəsdir, Rəbbimiz, kainatın Allahı.

Göylər və yer Sənin şanınla doludur.

Hosanna səmalardakı uca Allaha.

Rəbbin adı ilə gələn xeyir-dualıdır.

Hosanna səmalardakı uca Allaha.

EVXARISTİYA DUASI

İmanın sirridir.

Rəbbimiz, Sənin ölümünü elan edirik, dirilişini etiraf edirik və şanlı gəlişini gözləyirik.

Amin.

Xilasedici əmrlərdən öyrənərək və ilahi nəsihətlərdən ruhlanaraq, cəsarətlə deyirik:

Ey göylərdə olan Atamız!

Adın Müqəddəs tutulsun,

Sənin Səltənətin gəlsin, göydə olduğu kimi, yerdə də Sənin iradən olsun.

Gündəlik çörəyimizi bizə bu gün ver;

və bizə borclu olanları

bağışladığımız kimi,

bizim borclarımızı da bağışla. Və bizi sınağa çəkmə, lakin bizi şərdən xilas et.

Çünki Səltənət, qüdrət və izzət

əbədi olaraq Sənindir!

Amin.

Sülh nişanı

Rəbbin sülhü həmişə sizinlə olsun.

Və sənin ruhunla.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu, bizə mərhəmət et.
.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu, bizə mərhəmət et.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu, bizə sülh ver.

Budur dünyanın günahlarını Öz üzərinə götürən Allahın Quzusu. Quzunun süfrəsinə dəvət edilənlər nə bəxtiyardır.

Rəbbim, mən layiq deyiləm ki,
Sən evimə gələsən, lakin yalnız Sənin bir kəlmən ilə qəlbim sağalacaq.

Evxaristiyadan sonra dua

Dua edək.

Amin.

4. Tamamlayıcı Ayİn

Rəbb sizinlə olsun.

Və sənin ruhunla.

Hər şeyə qadir Allah – Ata, Oğul və Müqəddəs Ruh sizə xeyir-dua versin.

Amin.

Sülh ilə gedin.

Allaha şükürlər olsun.

>>> PDF yüklə <<<