AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTURASINDA 2025 YUBİLEY İLİ BAŞLANDI

Zati-Müqəddəsləri Roma Papası Fransiskin 9 may 2024-cü il tarixli “Spes non confundit” (Ümid boşa çıxmır) adlı növbəti 2025-ci Yubiley İlinin elan edilməsi haqqında Bullasına və Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete həzrətlərinin 8 dekabr 2024-cü il Dekretinə əsasən 29 dekabr 2024-cü il tarixində, Müqəddəs Ailə bayramı günündə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasında 2025 Yubiley ili rəsmən açıq elan edildi.
Açılış mərasimi yepiskop Vladimir Fekete həzrətləri tərəfindən Müqəddəs Məryəm kilsəsinin qapılarının “Mərhəmət darvazaları” elan edilməsi ayini ilə başlandı.
2025 Yubiley İlin əsas şüarı həvari Paulun “Ümid boşa çıxmır” (Rom 5, 5) sətiridir.
Yepiskop Vladimir Fekete Yubiley İli ilə əlaqədar olaraq imanlılara müraciət etdi.
“Qardaşlar və bacılar,
müqəddəs Nazaretli Ailənin məhəbbət birliyində qorunan Xilaskarımız İsa Məsihin mücəssəməsinin sirri bizim üçün dərin sevinc və aydın ümidin səbəbidir. Biz Ümumdünya Kilsəsi ilə birləşərək, Təcəssüm etmiş Kəlamın Cismində və xilas nişanı olan Çarmıxda təzahür edən Atanın məhəbbətini tərənnüm edərkən, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasında yubiley ilini təntənəli şəkildə açıq elan edirik. Bu ayin bizim üçün, xüsusən də müharibə və qarışıqlıq dövründə bizdə olan ümidin səbəbini soruşan hər kəsə cavab verməyə həmişə hazır olan zəngin lütf və mərhəmət təcrübəsinin müqəddiməsidir. Sülhümüz və ümidimiz olan Məsih, bu lütf və mərhəmət ilində bizə yol yoldaşlığı etsin.
Qoy bu gün bizdə və bizimlə birlikdə bu işə başlayan Müqəddəs Ruh onu Məsih İsanın Gününə qədər tamamlasın. Amin”