AZƏRBAYCANDA XİDMƏT EDƏN RAHİBLƏR ƏBƏDİ ANDLARINI YENİLƏDİLƏR

2 fevral, Rəbbin Məbəddə Təqdim Edilməsi (Həsretmə) Bayramı günü, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının rahib və rahibələri, yepiskop Vladimir Fekete və Kilsə qarşısında öz əbədi andlarını yenilədilər.
Andları Salezianlar, Məsihçilərin Köməkçisi olan Məryəmin Qızları, Tereza Ananın Şəfqət Bacıları orderlərinin rahib və rahibələri yenilədilər.