“AZƏRBAYCANDA XRİSTİANLIQ: TARİX, MÜASİR DÖVR, PERSPEKTİVLƏR” – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dəyirmi masa

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda xristianlıq: tarix, müasirlik, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Xristianlıq Azərbaycan torpağında qədim zamanlardan geniş şəkildə təmsil olunub. Təsadüfi deyil ki, xristianların əvvəlki nəsillərinin müqəddəs iman təcrübəsini diqqətlə qoruyub saxlayan Kilsə müasir Azərbaycan ərazisini həvari vəzinin diyarı adlandırır, çünki qədim ənənəyə görə, müqəddəs həvarilər Varfolomey və Faddeyin missionerlik yolu məhz Cənubi Qafqazdan keçib.

Dəyirmi masanın təşəbbüskarı kimi Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası çıxış edib. Tədbirdən əvvəl toplaşanlara Azərbaycandakı xristian icmalarının həyatına həsr olunmuş tematik fotosərgi təqdim olunub.

Dəyirmi masa iştirakçılarını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının  general vikarisi Yozef Marek salamlayıblar.

Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev Azərbaycanda Katolik Kilsəsinin tarixi və dirçəlişi, eləcə də ölkənin ümumi dini mənzərəsində katolik icmasının hazırkı yeri haqqında məruzə oxuyub. Məruzədə Kilsənin Azərbaycanda sosial və maarifləndirmə xidmətinə və dinlərarası əməkdaşlıqda roluna xüsusi diqqət yetirilib.