“AZƏRBAYCANDAKI KİLSƏNİN BÜTÜN İMANLILARINI PAPA FRANSİSK ÜÇÜN DUADA ÜMUMDÜNYA KİLSƏSİ İLƏ BİRLƏŞMƏYƏ ÇAĞIRIRAM” – Yepiskop Vladimir Fekete

Əziz bacılar və qardaşlar,

Artıq bildiyiniz kimi, Zati-Müqəddəsləri Papa Fransisk hal hazırda Roma şəhəri Agostino Cemelli xəstəxanasında müalicə alır. Müqəddəs Ataya əlaqədar ağırlaşmalar ilə müşayiət olunan ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Rəbbə şükürlər olsun ki, həkimlərin proqnozu bizə hər şeyin yaxşı olacağına ümid etməyə imkan verir. Bu günlərdə Katolik Kilsəsi bütün dünyada Papa Fransiskin tezliklə sağalması üçün dua edir. Mən Azərbaycandakı katolik kilsələrinin baş keşişlərinə Pontifikin sağlamlığı niyyətilə Müqəddəs Messaların keçirilməsini tapşırıram və Azərbaycandakı Kilsənin bütün imanlılarını Papa Fransisk üçün duada Ümumdünya Kilsəsi ilə birləşməyə çağırıram ki, Rəbbimiz Müqəddəs Ataya xəstəliyinə qalib gəlmək üçün onu cismən və ruhən qüvvətləndirsin, onun ömrünü və Müqəddəs Peter kafedrasında xidmətini uzun etsin.

Sizin yepiskop,

+ Vladimir Fekete