AZƏRBAYCANIN APOSTOL PREFEKTURASINDA YUBİLEY TƏDBİRLƏRİ BAŞLAYIB

Azərbaycandakı katolik icması üçün 2025-ci il bir neçə əlamətdar tarix və hadisələrlə səciyyələnir. İlk növbədə, ölkənin katolikləri bu ili Ümumdünya Kilsəsində qeyd olunan Ümid Yubileyi ruhunda yaşayırlar.

Həmçinin, 2025-ci ildə yerli icma Azərbaycanda Katolik Kilsəsinin “missio sui iuris” statusunda dirçəlməsinin 25 illiyini və Müqəddəs Fransisk de Sales Cəmiyyətinin (Salezian Ordeni) ölkədə fəaliyyətə başlamasının 25 illiyini qeyd edir.

Missiyanın 25-ci ildönümü münasibəti ilə Azərbaycana Slovakiyanın Salezian Ordeninin provinsialı, keşiş Peter Timko, əvvəlki illərdə Azərbaycanda Kilsəyə başçılıq etmiş keşişlər Daniil Pravda və Yan Çapla, müxtəlif illərdə Azərbaycanda Kilsənin dirçəlişində iştirak etmiş Salezian Ordeninin keşişləri, rahib və rahibələri və könüllüləri gəliblər.

Oktyabrın 18-də Müqəddəs Müjdəçi Lukanın bayramı günü, Slovakiyanın Salezian Ordeninin provinsialı ata Pyotr Timko-nun başçılığı ilə Bakı şəhəri müq. II İoann Pavel prixodunun ibadətgahında şükranlıq Messası keçirildi.