AZƏRBAYCANIN XRİSTİAN İCMALARININ RƏHBƏRLƏRİ VƏ NÜMAYƏNDƏLƏRİ XRİSTİANLARIN BİRLİYİ ÜÇÜN BİRGƏ DUA EDİB
21.01.2025
Yepiskop Vladimir Fekete-nin başçılığı ilə Bakının Müqəddəs Məryəm katolik kilsəsində xristianların birliyi üçün ümumxristian dua mərasimi keçirilib.
Bu il xristianların birliyi üçün duaların əsas mövzusu kimi Isa Məsihin Lazarın bacısı Martaya verdiyi “Buna inanırsanmı?” (Yəh 11, 26) sualı seçilib.
Birgə duada Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, protoiyerey Konstantin Pominov, Azərbaycanın Yevangelist-Lüteran İcmasının pastoru Gerxard Lemke, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov, “Vineyard” xristian icmasının baş pastoru Emil Pənahov, ölkənin xristian icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İbadət zamanı yepiskop Vladimir Fekete tədbir iştirakçılarına xütbə ilə müraciət edib.












