BAKIDA “DINLƏRARASI HARMONİYA” FESTİVALI KEÇİRİLİB

Martın 8-də Bakıda «Passage 1901» pavilyonunda «Dinlərarası Harmoniya» festivalının açılışı olub. Tədbir Azərbaycanda fəaliyyət göstərən dini icmalar tərəfindən təşkil edilib.
Festivalın açılışında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı tədbir iştirakçılarını salamlayıb. Nümayiş olunan xüsusi hazırlanmış stendlər vasitəsilə paytaxtın sakinləri və qonaqları dini icmaların tarixi və müasir həyatı ilə yaxından tanış olublar, icma nümayəndələri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Bu günlərdə Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları festivalın fəxri qonaqları olub.
Tədbirin qonaqlarına multikulturalizmin Azərbaycan modelini əks etdirən videoçarxlar və dini icmalar tərəfindən hazırlanmış musiqili proqram təqdim olunub.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasını tədbirdə general vikari Yozef Marek (SDB) və Prefekturanın mətbuat katibi Toral Ağayev təmsil ediblər.