BAKIDA MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN KOMOROTO VƏ QUADALUPE SURƏTLƏRİNİN ŞƏRƏFİNƏ MESSA KEÇİRİLİB
Dekabrın 10-da, Adventin III Rəbb Günü ərəfəsində, mqd. Məryəm kilsəsində yepiskop Vladimir Fekete həzrətlərinin başçılığı Müqəddəs Messa keçirilib.
Liturgiya Məryəm Ananın xüsusilə Latın Amerikada ehtiram edilən iki mübarək surəti – Komoroto və Quadalupe surətlərinin qarşıdan gələn xatirə günlərinin şərəfinə həsr edilmişdir.
Müqəddəs Messada Venesuela, Braziliya, Kuba səfirliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Latın Amerikası ölkələrinin Azərbaycanda yaşayan katolikləri iştirak ediblər.

