BAKIDA VI ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ FORUMUN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun açılış mərasimi keçirilib.

Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçirilir.

Forumun plenar iclaslarına dünyanın 100-dən çox ölkəsinin dini qurumları, beynəlxalq təşkilatları, hökumət üzvləri,  beynəlxalq media nümayəndələri,  qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri qatılıb.

Müqəddəs Taxt-Tacın adından beynəlxalq tədbirdə Roma Papasının Dinlərarası Dialoq Şurasının İslam üzrə bürosunun rəhbəri, Müsəlmanlarla Dini Əlaqələr Komissiyasının katibi monsenyor Xalid Akaşeh iştirak edir.

Həmçinin forumun işində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Müqəddəs Məryəm kilsəsinin keşişi Vladimir Baksa, Prefekturanın mətbuat katibi Toral Ağayev iştirak edirlər.