BAKININ MÜQƏDDƏS MƏRYƏM KATOLİK KİLSƏSİNİN 15 İLİ TAMAM OLUR!
Bu gün biz Azərbaycan torpağında Katolik Kilsəsinin bərpa olunmasına görə, ölkə katoliklərin dini mərkəzi olan gözəl məbədə görə Allaha şükür və həmd edərək, zəhmət və səyləri ilə bu tarixi ədalətin bərpasına tövhə verənlərin hamısını, ilk növbədə, Roma Papası mqd. II İohann Pavel və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirələrini dua ilə yad edirik.
Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, məsul dövlət orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və xatirəsi əziz olan Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın sımasına Rus Pravoslav Kilsəsinin hərtərəfli dəstəyini, memarları, mühəndisləri, inşaatçıları, eləcə də ianələri ilə bu Allah Evinin tikintisinə dəstək olmuş bütün katolikləri və xoş niyyətli insanları minnətdarlıqla xatırlayırıq.


