BAŞSAĞLIĞI KİTABI VƏ PAPA FRANSİSKİN RUHUNA MÜQƏDDƏS MESSA

Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.
Başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.
24 aprel, saat 19:00-da Müqəddəs Məryəm kilsəsində mərhum Papa Fransiskin ruhuna Müqəddəs Messa keçiriləcək. Messaya Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete başçılıq edəcək.