DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ MÜBARİZ QURBANLI YEPİSKOP VLADİMİR FEKETE-YƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB
Sizi və ölkəmizdə yaşayan katolik xristianları qarşıdan gələn İsa peyğəmbərin mövludu – Milad nayramı münasibətilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin kollekti və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu çoxkonfessiyaı cəmiyyətimizdə zəngin mültikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında müstəsna rol oynamışdır. Odur ki, dini konfessiyalara, milli azlıqlara böyük diqqət və qayğı ilə yanaşılan ölkəmizdə dini və milli bayramlar hər zaman təntənəli şəkildə qeyd olunur.
Yeni həyatı, mərhəmət və şəvqət duyğularını təcəssüm etdirən bu bayram münasibətilə bir daha Sizə təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək!
Hörmətlə,
Mübariz Qurbanlı”
