“Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi”

“Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi”: Azərbaycan Respublikası Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin 7 dekabr tarixində təşkil etdiyi beynəlxalq video-konfransı bu mövzuya həsr olunmuşdur.
Konfransın işində Azərbaycanda Katolik Kiləsinin apostol prefekti, yepiskop Vladimir Fekete iştirak etmişdir.
Öz çıxışında monsenyor Fekete xüsusilə vurğuladı ki, Azərbaycan, cəmiyyətin çoxmilliliyi, çoxkonfessiyallığı, mənəvi və mədəni rəngarəngliyi onun bölünməsinə yox, əksinə, birləşməsinə xidmət etməsini təsdiqləyən canlı nümunədir.
“Roma Papası Fransisk özünün sonuncu, “Fratelli Tutti” (Biz hamımız qardaşıq) adlanan ensiklikasında, Allahın irqindən, millətindən, dinindən asılı olmayaraq bütün insanların Atası kimi dərk edilməsinin əsasında yaranan müxtəliflikdə vəhdət mövzusuna toxunur. Biz hamımız qardaşıq, çünki bizim Bir Atamız Var. 2021-ci ilin oktyabr ayında Romada ekumenik görüş zamanı Papa Fransisk demişdi: “Sülhə çağırış dini ənənələrinin təməlində qoyulmuşdur”. Mən çox şadam ki, papa Fransiskin bu fikrinin həqiqət olduğuna biz Azərbaycanda şahidlik edirik” –deyə, monsenyor Fekete qeyd etdi.