“İLHAM ƏLİYEVİN SİYASƏTİ: BİZ BİRLİKDƏ GÜCLÜYÜK” MÖVZUSUNDA KONFRANS
Dekabrın 22-də, PARK İNN otelində, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “İlham Əliyevin siyasəti: Biz birlikdə güclüyük” mövzusunda konfrans keçirilmişdir.
Konfransın işində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete iştirak etmişdir.
“…Texnologiyaların, elmi və iqtisadi nailiyyətlərin inkişafına baxmayaraq, dünya bu gün elə çağırışlar və böhranlar ilə üz-üzədir ki, bütün həll yollarının təməlinə insan cəmiyyətinin birliyinin dərk edilməsi qoyulmayınca bəşər sivilizasiyası onların öhdəsindən gələ bilməz.
…Azərbaycan xalqının bir müdrik atalar sözü var – “baş-başa verməyincə, daş yerindən tərpənməz”.
İlham Əliyev dəfələrlə dünya ictimaiyyətinə ünvanladığı nitqlərində xalqının müdrikliyinə əsaslanaraq dünya liderlərinə xatırladır ki, bəşəriyyət yalnız birgə səylərlə, yanaşmalarda hər hansı ikiliyi aradan qaldıraraq, ədalət və qarşılıqlı yardım prinsiplərinə əsaslanaraq bu qlobal problemlərin həllində irəliləyişə nail ola bilər.
…Həmçinin İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din-dövlət münasibətləri sahəsində çox düzgün, incə siyasət aparılır.
Təəssüflər olsun ki, sivil dünyanın liderləri roluna iddialı olan bir çox ölkələrdə insan varlığının mənəvi ölçüsü bilərəkdən gözardı edilir.
Kədərli bir paradoksun şahidi oluruq: sivilizasiyamızı yaradan iman və mənəvi, əxlaqi, ailə dəyərləri bu gün tez-tez təqib və hücumlara məruz qalır.
Yenə də burada Azərbaycanın nümunəsi yerinə düşər, çünki Azərbaycanda ölkə rəhbərliyi sadalanan dəyərlərin millətin inkişafı üçün əhəmiyyətini dərk edir.
Azərbaycanda elə şərait yaradılıb ki, dini və etnik icmalar özünə qapanmır, bir-birinin diqqətindən kənarda qalmır, əksinə, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan xalqının mənafei naminə qarşılıqlı zənginləşmə və əməkdaşlıq məqsədilə aparılan dialoqun fəal iştirakçılarıdır.
Sonda mən cənab prezidenti qarşıdan gələn doğum günü, bütün tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə bir daha təbrik etmək, həm ölkə rəhbərliyini, həm də Azərbaycan xalqını dualarımızda əmin etmək istərdim


