İSA MƏSİHİN VƏFTİZİ C ili

Yeşaya 42, 1-4. 6-7http://www.cappaghparish.com/images/FrontBaptismOfOurLord.jpg

Budur, Mənim saxladığım, Ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq, əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq.

O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, uzaq diyarlar onun qanununa etibar edəcək.

Mən Rəbb salehliyimlə səni çağırdım, səni əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən.

 

bur 29 (28) 1-4, 9-10

qarat: Rəbb Öz xalqına qüvvət verir.

 

Ey ilahi varlıqlar, Rəbbə verin – izzəti, qüdrəti Rəbbə verin!

Adına layiq olan izzəti Rəbbə verin, müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!

 

Rəbbin səsi suların üzərindədir, ehtişamlı Allah gurlar, Rəbb ümman suların üzərindədir.

Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir,

 

Məbədində hamı deyər: «Ehtişamlısan!»

Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.

 

 

 

 

Həvarilərin İşləri 10, 34-38

Peter də ağzını açıb dedi: «Doğrudan da dərk edirəm ki, Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur. O, İsrail oğullarına kəlamını göndərdi, hamının Rəbbi olan İsa Məsih vasitəsi ilə sülh müjdələdi.

Yəhyanın təbliğ etdiyi vəftizdən sonra, Qalileyadan başlayaraq, bütün Yəhudeyada nə baş verdiyini bilirsiniz: Allahın Nazaretli İsanı, Müqəddəs Ruh və qüdrət ilə necə məsh etdiyini, Onun yaxşılıq edərək, iblisin istibdadı altında olanların hamısına şəfa verib, dolaşdığını bilirsiniz. Çünki Allah Onunla bərabər idi.

 

Lukanın müjdəsi 3, 15-16. 21-22

 

Xalqın gözü yolda ikən, hamı Yəhya haqqında ürəyində düşünürdü: «Görəsən, bu Məsihdirmi?»  Yəhya hamısına cavab verib deyirdi: «Mən sizi su ilə vəftiz edirəm, fəqət məndən Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa layiq deyiləm. O, sizi Müqəddəs Ruh və odla vəftiz edəcəkdir.

Bütün xalq vəftiz edilərkən, İsa da vəftiz olunub dua etdiyi zaman, göy açıldı, və Müqəddəs Ruh cismani şəkildə, göyərçin kimi Onun üzərinə endi və göydən: «Sən Mənim sevimli Oğlumsan, Səndən çox məmnunam», – deyən bir səda gəldi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *