KARDİNAL LUİS ANTONİO TAQLE BAKIYA GƏLİB
Müqəddəs Taxt-Tacın Yevangelizasiya üzrə Dikasteriyasının pro-prefekti, kardinal Luis Antonio Taqle Azərbaycanın apostol prefekti yepiskop Vladimir Feketenin dəvətilə Bakıya gəlib.
Kardinal Taqle həzrətləri Azərbaycanda Katolik Kilsəsinin “missio sui iuris bakuensis” statusunda bərpasının və ölkədə Salezian Konqreqasiyası missiyasının 25 illik yubiley tədbirlərinə başçılıq edəcək.