KARDİNAL PİETRO PAROLİN HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ OLUB

Azərbaycana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət katibi Heydər Əliyev Mərkəzində olub. Mərkəzin direktoru Anar Ələkbərov ali qonağa Mərkəzin fəaliyyət istiqamətləri və burada nümayiş olunan sərgilər barədə məlumat verib.

Mərkəzdə həmçinin  Dövlət katibi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb. Görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.