FAQ – Tez-tez verilən suallar

başqa suallar >>> (Russian, Türkish, Persian/Farsi, Arabic, English, Spanish, Italian, French, German)
Salam, bazar günləri xristian olmayanların kilsədə iştrakı qəbul olunurmu? Öncədən təşəkkürlər.

  • bəli.
    (sadəcə nəzərə alın ki, Allahın evinə girərkən bizi Yaradana və bizi Sevənə hörmətlə yaxınlaşmaq lazımdır). Kilsə 2ci gündən bazar gününə qədər saat 10:00-18:00 kimi açıqdır, hər gün müxtəlif adamlar gəlir və rahat dua edir.

Eşitmişəm ki, xristianlar 3 Allaha qəbul edir, elədirmi?

  • yox, Tanrı birdir, O əbədidir, O yaxşıdır, Onu bölmək olmaz, Ondan başqa Allah yoxdur. Bütün məsihçilər (yəni xristianlar) 1ci əsrdən bəri Bir Var Olan Allaha iman edir. Əlbəttə ki, biz insanlar Onun Var Olduğunu tam başa düşə bilmirik, çoxlu şeylər başımıza çatmır, bizim üçün bir sirrdir ….məhz burda iman lazımdır, hər şey aydın olsaydı, iman lazımsız bir şey olardı.

Mənə deyirlər ki, kilsədə xristian olmaq üçün pul verirlər, doğrudan?

  • yox, belə deyil. Biz iman üçün pul versəydik, öz imanımız olmazdı, axı pul harda və Var Olan Allah harda? Əksinə, insanlar vəftiz olmaq istəsə, uzun müddət (min. 1,5 il) daim və dərin hazırlıq keçməlidir ki, adam axtarsın, yoxlasın, rahat sual versin, cavablara qulaq assın, onun imanı güclü və səmimi olsun. Pul versəydik, adam imana görə yox, pula görə kilsəyə gedərdi, olmaz axı.

İsa nə vaxt doğulub?

  • təqvimə baxın, bütün dünya İsanın doğulmasından sayılır. Deməli 2020 il əvvəl. 🙂

Kilsədə rusca danışırsız? Azərbaycan duaları var?

  • hər kəs öz ana dilində Allaha yaxınlaşa bilər, axı məhz buna görə ki, Tək Bir Rəbb-Allah var və Ondan başqası yoxdur. Bütün adamlar, bütün dünyada Ondan uzaq deyil, sual budur ki, vicdana baxa-baxa həqiqəti axtarır, yaxşılıq etməyə çalışır yoxsa yox.
    Qısa-konkret: Bakıdakı Katolik kilsəsində dualar həm azərbaycanca, həm rusca həm ingiliscə olur.

Kilsələrdə şəkillər və heykəllər var. Sizcə bu bütpərəstlik deyil?

  • Deyil. Tək Tanrı Var Olan Allahdır və yalnız Ona ibadət edirik. O bizi yaratdı, cəmiyyət kimi yaratdı, heç kim dünyaya tək gəlmir, Adəm & Həvvadan başlayanda biz bir yerdə iman yolunla gedirik. Yaxşı şeylər yadda saxlamaq lazımdır. Sevimli adamların şəkilləri evlərimizdə olur, telefonun ekranında ailəmizdə olan uşaqlar və sevimlilər olur. Bəyəm bu o adamlardan uzaqlaşdırır? Bəyəm kişi öz həyat yoldaşının foto şəklini öpəndə bununla o kağızı sevirmi? Əlbəttə ki, yox. Eyni ilə bizdə, kilsələrdə, evlərimizdə Allahın böyük işlərinin şəkilləri, müqəddəslərin şəkilləri var, heykəllər də var, onlara amma ibadət etmirik. Onlar bizə xatırladır ki, Tanrı var; O bizim üçün nə etdi; O hansı yollarla bizi əsl xoşbəxtliyə aparırdı. Müqəddəslərin şəkilləri bizə göstərir ki, Rəbbi sevmək mövcuddur, Onun sözlərini yerinə yetirmək mövcuddur, müqəddəs adamlar bizim üçün qəşəng nümunədir.

Məryəm ana kimdir? Niyə o qədər çox dualar var ona?

  • Dualarımızı Tanrıya edirik, Ona dua edirik. Onu sevən adam nə bəxtiyardır, Onun sözlərini yerinə yetirən nə bəxtiyardır. İman edirik ki, Məryəm ana bütün həyat boyu Rəbb-Allaha vəfalı qaldı və qəlbini pak saxladı. İmanlılar üçün normaldır ki, özü üçün dua edir, kömək edir. Məncə sizin də təcrübəniz var ki, xəstə idiz və başqa adamdan sizin üçün dua etdiyini xahiş etdiz. Bu normaldır, adam adama kömək etsin. Biz iman edirik ki, müqəddəslər Tanrıya bizdən daha yaxındırlar və cənnətdə ola-ola bizlər üçün dua edə bilərlər. Buna görə müqəddəslərdən xahiş edirik ki, bizim üçün dua etsinlər. Eyni ilə Müqəddəs Məryəm anaya dualarımızda deyirik: “biz günahkarlar üçün dua et” Amin.

Məncə bütün dinlər eynidir. Elə deyil?

  • Deyil. Dünyada dinlərin sayı hesabı yoxdur, hər adam öz başında, öz ürəyində bir formada iman edir. Bəzi dinlər deyir ki, bir Allah var, bəziləri deyirlər ki, daha çox. Bəziləri yalanı qəbul edir, bəzilər günah kimi sayılır, bəzilər ananın bətnində olan uşağı öldürməyə icazə verirlər, bəzilər yox, bəzilər başqalarını öldürməyə icazə verirlər, bəzilər yox. Bəzilər deyir ki, Tanrı bizi sevir, bəzilər isə buna inanmır… Mən məsihçi kimi, bütün adamları sevə bilirəm və onlara hörmət edə bilirəm, lakin bütün insanlar ilə razı ola bilmirəm.

Abort ya Eutanasiya günahdır? Şərtlər var?

  • Bilirik ki, çoxlu yerlərdə və dövlətlərdə ananın bətnində olan uşağı bəzi vaxtlarda ya şərtlərdə öldürməyə icazə var. Amma kilsə deyir ki, həyat sahibi tək Allahdır və buna görə heç kim insanı öldürə bilməz. Bütün insanlar insan olduğuna görə eyni səviyyədə həyata layiqdir. Fərqi yoxdur, o balaca ya böyükdür, uşaq ya qoca, sağlam ya xəstə, varlı ya kasıb, ağ ya sarı, bütün insanlar həyata və sevməyə layiqdir, həyatın hüququ var və öldürmək olmaz, insan ilk vaxtından təbii ölümə qədər qorunmalıdır. Buna görə abort qatillik kimi sayılır, günahdır. Eutanasiya eyni ilə günah sayılır. Şərt yoxdur, həyatın dəyəri absolutdur.

Qurana inanırsınız?

  • Quran bütün müsəlmanlar üçün müqəddəs kitabdır. O kitabda çoxlu şeylər var, bəzilərini əlbəttə ki, qəbul edirik: məsələn Allah birdir, Ondan başqası yoxdur, O rəhmlidir, O mərhəmətlidir, O bizi yaratdı, v.s. Bəzi şeyləri amma qəbul edə bilmirik. Quranda sülh var, amma hərfi mənada orda həm müharibə var. Əlbəttə ki, məsihçilər və imanlılar kimi, bütün adamları sevməliyik, onlara hörmət etməliyik, onda bütün müsəlman bacı-qardaşlara hörmət edirik, onlar üçün dua edirik. Lakin ilahiyyat və iman tərəfdən bəzi şeylər özünə qarşıdır və buna görə müsəlmanlar bizim imanımızı tam qəbul edə bilmir, biz eyni ilə onların. Məsləhət budur ki, hər kəs həqiqəti səmimi olaraq axtarsın və başqalarına da hörmət etsin, axı hamımız eyni Yaradandan gəlmişik. Məhəbbət və hörmət bizi birləşdirir, lovğalıq və egoistlik bizi ayırır.

Allahın nə anası var, nə atası, o nə doğulanladı, nə doğan, o təkdı, gözə görünməz tək varlıq.

  • Bir: bu sual deyil. İki: Rəbb-Allaha hörmət edəndə, Onun adını və ya “O, Onun, Ona” yazanda, böyük hərf ilə yazırıq, siz də belə yazın, axı Tanrıya hörmət etməyənlər imanlı deyil, və biz imanlıyiq. Üç: Əlbəttə ki, Əbədi Var Olanın başlanğıcı yoxdur, sonu yoxdur, Onun bizim kimi, valideynləri yoxdur, həm də ola bilməz ki, bir vaxtda yox idi və sonra doğulub var olmağa başladı, belə bir şey heç vaxt kilsənin təlimində yox idi. Biz, məsihçilər iman edirik ki, Var Olan, bizi Yaradan ve bizi Sevən Rəbb-Allah əbədidir, Onun başlanğıcı yoxdur, sonu da yoxdur, başqa Allah da yoxdur. İsa Məsih, Allahın Kəlamı və Allahın Oğlu deyəndə, fiziki mənada müaşiqə əlaqədən doğulmuş olan oğlu nəzərdə tutmuruq, ilahiyyat tərəfindən istifadə edilən bir termindir, hansı ki, Var Olan Kəlamı barədə danışır, Allahın Kəlamı əbədidir, başlanğıcda Var idi, Allahın parçası deyil, Allahdır, və O, mərhəmətli Olduğuna görə, bizi Xilas etmək naminə, göydən enib yanımıza gəldi, insan oldu – İsa Məsih doğuldu. 🙂