MİLAD BAYRAMI MÜQƏDDƏS MESSALARI
Əziz dostlar,
Təəssüflər olsun ki, hazırda davam edən koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kilsələrdə və məscidlərdə eyni vaxtda ibadət edənlərin sayı 50 nəfərlə məhdudlaşdırılıb.
Buna görə də, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası Milad Ərəfəsi Günü və Milad Bayramı Günü bir neçə Müqəddəs Messa keçirmək qərarına gəlib. Bu, bütün möminlərin bayram ibadətlərində iştirak edə bilməsi üçün edilir. Kilsə hər kəsdən bu məcburi tədbirlərə anlayışla yanaşmağı xahiş edir
Müqəddəs Məryəm kilsəsində Messaların vaxtını öyrənmək üçün zəhmət olmasa 077 542 66 70 whatsapp nömrəsi ilə əlaqə saxlayın.
Xüsusi təəssüf hissi ilə biz qeyri-katoliklərdən Milad ərəfəsində və Milad günündə Müqəddəs Messalara qatılmaqdan çəkinməyi xahiş etməliyik. Biz hər zaman başqa din və inanclardan olan qardaş və bacılarımızı qonaq etməkdən məmnunuq, lakin ibadətdə iştirakla bağlı say məhdudiyyətlərini nəzərə almalıyıq.
Bununla belə, Milad zamanı kilsəni ziyarət etmək istəyən hər kəs, kilsənin ictimaiyyət üçün açıq olduğu müddətdə, ibadət zamanından kənar istənilən vaxt bunu etməkdə sərbəstdir.
Anlayışınız üçün əvvəlcədən təşəkkür edirik.