Martın 30-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusuna iclası keçirilmişdir.
Tədbirdə Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, millət vəkilləri, dini icmaların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıların çıxışlarında qeyd olunub ki, dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, müxtəlif dini konfessiyalar arasında xoş və səmimi əlaqələr mövcuddur. Eyni zamanda ölkəmizdə dövlətin dini icmalara göstərdiyi qayğı yüksək qiymətləndirilib.
İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Yeparxiyası İdarəsinin katibi arximandrit Aleksiy (Nikonorov), Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobil və digər dini icma rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasını tədbirdə Prefekturanın general vikarisi (yepiskopun I müavini) ata Yozef Marek təmsil edib.