MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN MƏSUM HAMİLƏLİYİ BAYRAMI ÜÇÜN NOVENA

Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi bayramı üçün Novena


Başlanğıcda,

Salam Mübarək Məryəm, Rəbb Səninlədir Sən qadınlar arasında bəxtiyarsan,
misilsiz, yeganə və mükəmməl bakirə, Tanrı tərəfindən seçilmiş və Onun
tərəfindən əzəldən bütün günahlardan qurtarılmış, necə ki, Həvvanın
günahına görə bizə ölüm gəldi, beləliklə Sənin vasitənilə günahsız əbədi
həyat bizə gəldi. Allah Səni ilkin günahını öz qanı ilə yuyan İsa Məsihin
Anası seçdi.

Müqəddəs Ana, Adəm və Həvvanın düşmüş nəslini diriltərək, bu novenada
bizə günahlarla ləkələnməmiş həqiqi övladların olmaq lüftünü verməyin
üçün Sənə ümidlə dolaraq yalvarırıq.
Müqəddəs Məryəm, xatırla ki, Sən Allahın anası oldun, öz əzəmət və şanşöhrətin üçün deyil, qurtuluşumuz və bütün bəşər övladının rifahı naminə.
Müqəddəs Məryəm, xatırla ki, əsrlərdən bəri heç kim eşitməyib ki, Sənə
pənah aparanlardan,Sənin köməyini istəyənlərdən,Sənin himayəni
axtaranlardan kimsə,Sənin tərəfindən tərk edilib. Məni tərk etmə, çünki
məni tərk etsən səhv edərəm. Səni tərk etməyimə isə icazə vermə, əksinə,
Sənə olan hörmətim qoy hər gün artsın!
Səndən üç lütf diləyirəm: birincisi, heç vaxt ölümcül bir günah etməyim;
ikincisi, iman və fəzilətlərlə yaşayım; üçüncüsü, yaxşı bir ölüm, və
həmçinin də bu novenada Səndən xahiş etdiyim xüsusi istəklərim üçün
( istəkləriniz …)

Müvafiq günün duasını oxuyun

Sonda,

Günahsız Döllənmən sonsuz xeyir-dualı olsun, çünki Rəbb Allah Özü Sənin
Saflığının parlaqlığı ilə təsirlənərək rəhmə gəlir. Sənə, Səmavi Mələkə,
Sənə, Müqəddəs Məryəm, bu günü, ruhumu, həyatımı və ürəyimi həsr edirəm!
Allah Anası və mərhəmətli Anam mənə bax və məni öz qayğı və məhəbbətinilə
tərk etmə.
Üç dəfə Salam Mübarək Məryəm duası..
İlahi, Müqəddəs Allah Anasının Günahsız döllənməsi ilə Oğlun üçün layiqli
bir yaşayış yeri hazırladın. Onu hər cür günahdan qoruduğun kimi, bizidə
qoru, İsa Məsihin çarmıxdakı əzabları və Müqəddəs Məryəmin şəfaəti ilə
bizə günahdan əziyyət çəkmədən Sənin qarşında dayanmağımızı nəsib et.
Rəbbimiz Məsih vasitəsilə. Amin.

Birinci gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız! Sən,
Bakirə Məryəmin döllənməsindən etibarən Onu ilkin günahından qurtardın.
Sən Müqəddəs Vəftiz vasitəsilə bizə bu lütfü verib, bizi ilkin günah
ləkəsindən qurtarırsan. Təvazökarlıqla bakirə Məryəmin şəfaəti ilə Sənə
dua edirik, bizə həqiqi məsihçi olmaq lütfünü nəsib et. Amin.

İkinci gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız! Bakirə
Məryəmi bütün ömrü boyu günah ağırlığından qorudun. Bizə Günahlarımızdan
çəkinməyimizə kömək edir, tövbə yolu ilə isə bizə şəfa verirsən.
Təvazökarlıqla bakirə Məryəmin şəfaəti ilə Sənə dua edirik, ölümcül bir
günah etməməyimiz üçün bizə lütf ver və əgər bunu etdiksə, Tövbə ayini
vasitəsilə bizi əbədi ölümdən qurtar. Amin.

Üçüncü gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız! Bakirə
Məryəmi bütün həyatı boyunca hətta kiçik bir günahdan belə qorudun. Sənin
Padşahlığına layiq olmaq üçün özümüzü getdikcə daha çox təmizləməyimizi
bizdən xahiş edirsən. Təvazökarlıqla Sənə dua edirik, Bakirə Məryəmin
şəfaəti ilə hətta yüngül günahlar etməməyimiz üçün lütf və həssas bir
vicdana sahib olmağa arzusu bəxş et. Amin.

Dördüncü gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xiıaskarımız! Sən
Bakirə Məryəmi günah meylindən qurtardın və ona mükəmməl daxili harmoniya
verdin. Təvazökarlıqla, Mərhəmətli Məryəmin şəfaəti ilə Sənə dua edirik,
ehtiraslarımızı ram etmək və pis meyllərimiz üzərində qələbə
qazanmağımızı bizə nəsib et ki, Sənə ruh azadlığı ilə, heç bir nöqsan
olmadan xidmət edək. Amin.

Beşinci gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız!
Döllənmədən bəri Bakirə Məryəmə bütün ilahi nemətlərini bəxş etdin.
Təvazökarlıqla, Bakirə Məryəmin şəfaəti ilə Sənə, Öz qanın vasitəsilə
bizə verdiyin ilahi lütfü qiymətləndirməyimizə və Mərhəmət işləri,
Müqəddəs Ayinlər və xüsusilə Müqəddəs Birləşmə sayəsində onu
çoxaltmağımıza kömək et. Amin.

Altıncı gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız!
Döllənmədən bəri, Bakirə Məryəmə mükəmməlliyin dolğunluğunda Müqəddəs
Ruhun bütün fəzilətlərini və hədiyyələrini bəxş etdin. Təvazökarlıqla,
Bakirə Məryəmin şəfaəti ilə Sənə dua edirik, bizə bütün fəzilətlərin və
hədiyyələrin dolğunluğunu nəsib et ki, bütün sınağların öhdəsindən gələk
və yaxşı işlər görək. Amin

Yeddinci gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız! Sən
Bakirə Məryəmə kamil bir iffət bəxş etdin. Onu bakirələrin mələkəsi və
iffətin anası adlandırırıq. Təvazökarlıqla, Bakirə Məryəmin şəfaəti ilə
Sənə dua edirik, iffət fəzilətini bizə bəxş et və Müqəddəs Bakirə Məryəmə
olan hörmətimiz ilə onu qorumağımıza kömək et. Amin

Səkkizinci gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız! Sən,
Bakirə Məryəmə Tanrıya qarşı alovlu məhəbbət bəxş etdin. Təvazökarlıqla,
Bakirə Məryəmin şəfaəti ilə Sənə dua edirik, Bizə Sənə qarşı həqiqi
məhəbbət bəxş et, çünki Sən Rəbbimiz və Tanrımız olan ən yüksək səmavi
Xeyir və Xeyirxahçımızsan, hər şeyi itirmək ən azı bir günahla Səni
incitməkdən daha yaxşıdır. Amin.

Doqquzuncu gün

Ey Günahsız Məryəmin Ən Müqəddəs Oğlu və Mərhəmətli Xilaskarımız! Bakirə
Məryəmə bədəndə göylərə qalxmaq və Taxtınının sağında durmaq üçün lütf
nəsib etdin. Təvazökarlıqla Bakirə Məryəmin şəfaəti ilə bizə yaxşı ölüm
lütfünü bəxş et ki, Müqəddəs ayinlər vasitəsilə hazırlanaraq günahdan
əziyyət çəkmədən Sənin əbədi sevincinə daxil olaq, Sənin Anan və
müqəddəslərlə birlikdə Səni sonsuza qədər izzətləndirək Amin.