Müqəddəs çarmıx Bayramı

Siyahıyaalınmakitabındansözlər (Siyah21,4-9) 

Xalq Hor dağını tərk edib, Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdilər. Yolda onların səbri tükəndi. Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik». O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.

 

Məzmur (78, 1-2, 34-35, 36-37, 38)

Nəqarat: Allahın düzəltdiyi əsərləri unutmayaq.
Ey xalqım, təlimimi dinləyin, dilimdən çıxan sözləri eşidin. Ağzımı bu məsəllə açıb keçmişdəki müəmmaları bəyan edəcəyəm.
Ölənləri görüb Allahı axtardılar, geri dönüb Allahı səylə aradılar. Yadlarına düşdü ki, Allah onların qayası idi, Allah-Taala onların Satınalanı idi.

Lakin ağızları ilə Ona yaltaqlanırdılar, dilləri ilə Ona yalan danışırdılar. Qəlblərində Ona qarşı dönük olmuşdular, əhdinə vəfasız çıxmışdılar.
Allah isə rəhmlidir, günahı bağışlayır, günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, hiddətini tamamilə oyanmağa qoymayır.
Müqəddəs Pavelin Filipililərə məktubundan sözlər (Flp 2, 6-11)

Allah surətində olduğu halda O, Allahla bərabərliyi istifadə edəcəyi bir haqq saymadi. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıxa çəkilərək ölümə qədər itaətkarlıq göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona bütün adlardan alı bir adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti naminə İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

MüqəddəsYəhyatərəfindənyazılanİsaMəsihinİncilindənsözlər(Yh3,13-17)

Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, iman edən hər kəs Onda əbədi həyata malik olsun. Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısı əbədi həyata malik olsun. Allah dünyanı məhkum etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.