MÜQƏDDƏS HƏFTƏYƏ OLAN ELANLAR VƏ PASXA ÜÇGÜNLÜYÜ İBADƏTLƏRİNİN CƏDVƏLİ
Növbəti həftə üçün liturgiya təqvimi
03 aprel, bazar ertəsi, BÖYÜK BAZAR ERTƏSİ
04 aprel, çərşənbə axşamı, BÖYÜK ÇƏRŞƏNBƏ AXŞAMI
05 aprel, çərşənbə, BÖYÜK ÇƏRŞƏNBƏ
06 aprel, cümə axşamı, BÖYÜK CÜMƏ AXŞAMI, RƏBBİN SON ŞAM SÜFRƏSİNİN XATİRƏSİ – MÜQƏDDƏS PASXA ÜÇGÜNLÜYÜNÜN BAŞLANMASI
07 aprel, cümə, MÜQƏDDƏS CÜMƏ (ƏZABLAR CÜMƏSİ)
08 aprel, şənbə, BÖYÜK ŞƏNBƏ, PASXA GECƏSİ
09 aprel, bazar, RƏBBİMİZ İSA MƏSİHİN ŞANLI DİRİLİŞİ – PASXA BAYRAMI
APOSTOL PREFEKTURASININ ELANLARI
- Kilsə Müqəddəs Həftəyə daxil oldu. Müqəddəs Həftənin liturjı ilin xüsusi dövrü kimi ayrılmasına dair ilk və ən qədim tarixi mənbə 4-cü əsrə aiddir. Müqəddəs Həftə zamanı Kilsə bizi İsa Məsihin Əzabları və Ölümü haqda dərindən düşünməyə, Allah Oğlunun əzablarının mənasını dərk etməyə və bununla Onun Dirilməsində iştirak etməyə layiq olmağa çağırır.
- Aprelin 5-də, Böyük Çərşənbə günü, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri Yağların Təqdisedilməsi Messasına başçılıq edəcək və Messa zamanı Məshetmə və Xəstələrə Yağçəkmə Sirrli Ayinlərdə, eləcə də katexumenenata qəbul ayinlərində istifadə ediləcək ətirli yağları təqdis edəcək. İbadət zamanı yepiskop Vladimir Fekete həzrətlərini Azərbaycanın Apostol Prefekturasının bütün ruhaniləri müşaiyət edəcək. Bu yepiskopun Yerli Kilsə başçısı kimi ölkənin bütün katolik ruhaniləri və eləcə də bütün imanlıları ilə birliyinin rəmzidir. Messa saat 19:00-da, mqd. Məryəm kilsəsində keçiriləcək.
- 6 aprel, Böyük Cümə Axşamı günü Rəbbin Son Şam Süfrəsinin xatirəsilə Liturjı ilin zirvəsi olan Pasxanın Müqəddəs Üçgünlüyü başlanır. Müqəddəs Pasxa Üçgünlüyü 8 aprel, şənbə günü, Pasxa Gecəsi ibadətləri ilə yekunlaşacaq.
- İmanlıların nəzərinə çatdırırıq ki, 5 aprel, Böyük Çərşənbə günü, mqd. II İohann Pavel prixodunda axşam Messası keçirilməyəcək, çünki prixodun baş keşişi Yağların Təqdisedilməsi Messasında iştirak edəcək.
İBADƏTLƏR CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ
| Çərşənbə axşamı 04.04.2023 | 12:45 rus dilində |
| Çərşənbə 05.04.2023 | 12:45 rus dilində,
YAĞLARIN TƏQDİSEDİLMƏSİ MESSASI 19:00 rus dilində |
| Cümə axşamı 06.04.2023 | BÖYÜK CÜMƏ AXŞAMI, RƏBBİN SON ŞAM SÜFRƏSİNİN XATİRƏSİ
18:00 rus və azərbaycan dillərində 20:00 ingilis dilində |
| Cümə 07.04.2023 | MÜQƏDDƏS CÜMƏ (ƏZABLAR CÜMƏSİ)
18:00 rus və azərbaycan dillərində 20:00 ingilis dilində |
| Şənbə 08.04.2023 | PASXA GECƏSİ
20:00 |
| Bazar 09.04.2023 | RƏBBİMİZ İSA MƏSİHİN ŞANLI DİRİLİŞİ
07:00 və 11:00 ingilis dilində 13:00 rus dilində 15:00 azərbaycan dilində |
MÜQƏDDƏS II İOHANN PAVEL PRİXODUNDA
| Bazar ertəsi 03.04.2023 | 19:00 azərbaycan dilində |
| Çərşənbə axşamı 04.04.2023 | 19:00 rus dilində |
| Çərşənbə 05.04.2023 | – – – |
| Cümə 07.04.2023 | MÜQƏDDƏS CÜMƏ (ƏZABLAR CÜMƏSİ)
19:00 rus dilində |
| Şənbə 08.04.2023 | PASXA GECƏS 23:00 |
| Bazar 09.04.2023 | RƏBBİMİZ İSA MƏSİHİN ŞANLI DİRİLİŞİ 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində |
