MÜQƏDDƏS HƏVARİ BARTALMAYIN BAYRAMI

23 avqust tarixində, Azərbaycanın səmavi hamisi olan müqəddəs həvari Bartalmayın bayram ərəfəsi Messası zamanı, mqd. II İoann Pavel ibadətgahında müqəddəs həvarinin ikonası təqdis edilmişdir. Bayram Messasına mqd. II İoann Pavel prixodunun baş keşişi, ata David (Behbud) Mustafayev başçılıq etmişdir.

İbadət zamanı,  mqd. Bartalmayın vəsatətçiliyi ilə, Uca Allahdan ölkəmiz üçün xeyirdua, sülh və əminamanlıq, Kilsəmiz üçün iman dilənmişdir.

Şəkildə  – mqd. II İoann Pavel ibadətgahında mqd. həvari Bartalmayın ikonası