MÜQƏDDƏS TAXT-TACIN DÖVLƏT KATİBİ HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB
Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin iyulun 10-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub. Pietro Parolin Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarını ziyarət edib. Müqəddəs Taxt-Tacın dövlət katibi həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə gül dəstəsi qoyub.




