MÜQƏDDƏS YUSIFIN LITANIYASI 

Müqəddəs Yusifin Litaniyası 

 

Ya Rəbb, bizə rəhm et

İsa Məsih, bizə rəhm et

Ya Rəbb, bizə rəhm et

Ey Məsih, dinlə bizi!                              * Ey Məsih, eşit bizi!

Tanrı – Səmavi Ata

Tanrı – Oğul, dünyanın Xilaskarı        * bizə rəhm et 

Tanrı – Müqəddəs Ruh, Müqəddəs Üçlük, tək Tanrı

                                              

                                     

                           

Müqəddəs Məryəm                              * bizim üçün dua et (hər sətirdən sonra)

Müqəddəs Yusif,

Davudun şöhrətli nəsili,

Patriarxların İşığı,

Allah Anasının nişanlısı,

Bakirə Məryəmin ismətli qəyyumu,

Allahın Oğlunun qəyyumu,

Məsihin qayğıkeş gözətçisi,

Müqəddəs Ailənin Başçısı,

Yusif ən ədalətli,

Yusif ən iffətli,

Yusif ən hikmətli,

Yusif ən güclü,

Yusif ən itaətkar,

Yusif ən sadiq,

Səbrin aynası,

Yoxsulluğu sevən,

Sənətkarların örnəyi,

Ev həyatının şöhrəti,

Bakirələrin qəyyumu,

Ailələrin sütunu,

Kədərlilərin təsəllisi,

Xəstələrin ümidi,

Ölənlərin havadarı,

Şər ruhları vahimələndirən,

Müqəddəs Kilsənin Havadarı,

 

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu * Rəbb, bizə rəhm et
Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu * Rəbb, bizi dinlə
Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu * Rəbb, bizə mərhəmət et

K: Rəbb, Onu evinin ağası etdi

M: və bütün varlığının hökmdarı təyin etdi.

 

Dua edək:

Mübarək Yusif, kədərlərimizdə sənə müraciət edirik və nişanlın Müqəddəs Bakirə Məryəmdən kömək çağıraraq bizi qorumağınıza ümid edirik.

Sənə Müqəddəs Bakirə Məryəmlə birləşdirən məhəbbət üçün və Körpə İsaya olan Ata məhəbbətin üçün dua edirik: İsa Məsihin Qanının müqabilində qazandığı mirasa lütfkarlıqla bax  və ey qüdrətli havadarımız, ehtiyaclarımızda bizə kömək et.

Müqəddəs Ailənin müdrik qoruyucusu, Məsihin seçilmiş insanlarını qoru. Sevən ata, qaranlıq qüvvələrə qarşı apardığımız mübarizədə bizi bütün təhlükələrdən, nöqsanlardan və məğlubiyyətlərdən qurtar. Bir vaxtlar Körpə İsanı ölümcül təhlükədən qurtardığın kimi, indi də Müqəddəs Kilsəni düşmənin hiyləgərliyindən və bütün bəlalardan qoru. Etibarlı örtüyünü hər birimizin üzərinə uzat ki, Sənin nümunənə və köməyinə görə mömin bir həyat sürək, sülh yolu ilə tamamlayaq və cənnətdə əbədi səadətə nail ola bilək.

M: Amin.