MÜQƏDDƏS ARXEOLOGİYA ÜZRƏ PONTİFİK KOMİSSİYASININ PREZİDENTİ MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNİ ZİYARƏT EDİB

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti mons. Paskal Yakabone Müqəddəs Məryəm kilsəsini ziyarət edib.

İyulun 3-də Bakıda səfərdə olan Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti monsenyor Paskal Yakabone və Komissiyanın əməkdaşları Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsini ziyarət ediblər.

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete qonaqları səmimi qarşılayaraq, Azərbaycanda katolik icmasının həyatı, Müqəddəs Məryəm kilsəsinin tarixi, Roma Papalarının Azərbaycana səfərləri, Azərbaycan dövlətinin katolik icmasına diqqəti və ölkədə dinlərarası münasibətlərin yüksək səviyyəsi haqda ətraflı məlumat verdi.

Mons. Paskal Yakobone ölkədə katolik icması üçün yaradılan şəraitdən dərin məmnunluğunu etiraf etdi