MÜQƏDDƏS TAXT-TACIN DÖVLƏT KATİBİ KARDİNAL PİETRO PAROLİN BAKIDA KEÇİRİLƏN COP29 BEYNƏLXALQ KONFRANSINDA İŞTİRAK EDİB
Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Zirvə Toplantısının (COP 29) açılışında iştirak edib.
Tədbir çərçivəsində kardinal Parolin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.
Konfransın işində Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, o cümlədən Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete iştirak edib.

