Müqəddəs Ruh, gəl

Gəl, ey Müqəddəs Ruh
Göndər sonsuz işığın, səmavi şüasını.
Gəl, ey yetimlər Atası.
Gəl, ey nemətlər qaynağı. Gəl, ey qəlbin nuru.
Sən gerçək təsəlliçi, Sən səxavətli qəlblərin,
Nurlu Qonağı varsan, incə sərinlik Sənsən.
Zəhmətdən dinc rahatlıq, bürküdə təravət mehi,
Ağlayan zaman təsəlli, səmanın mübarək Nuru.

Nur çilə sadiqlərin, möminlərin qəlbinə.
Yardımın olmadan, insanın gücü olmaz,
Şərdən savunma olmaz.

Yu təmiz olmayanı,
islat quruyub qalanı,
Sağalt zərər dəyəni,
yumşalt qəddarlaşanı,
Qızdır üşüyüb donanı,
düz yola qoy azanı.

Bütün etiqadçılarına
möhkəm təvəkkül ver
Yeddiqat müqəddəslik ver,
heyrətamiz mükafat ver
Xilasedici çıxış ver
və əbədi səadət ver.
Amin.

+++

(: Müqәddәs Ruh gәl, hüzurunda olmaq
İstәyirәm, doldur izzәtinlә vә mәndә yaşa:)
(: Sәn hәyat suyusan, əbәdi mәnbәysәn
Tәsәlli verәnsәn, arxanca apar mәni:)

+++

1.Müqəddəs Ruh, toxun mənə,
Toxun şəfa verən əllərinlə.
Ağuşuna al möhkəm məni,
Bas bağrına, pıçılda qulağıma.
N:(: Sevirəm, sevirəm, sevirəm Səni:)
Sevirəm! Dolmaq istəyirəm
Səninlə,duymaq istəyirəm Səni mən.
2. Müqəddəs Ruh, doldur məni,
Doldur nurunla, sınmış qəlbimi.
Yeni nəğmələr qoy dodağıma
Sənə hər zaman oxuyum sevinclə.

+++

Gəl, Yaradan Müqəddəs Ruh!
Gəl! Sadiqlərinə baş çək!
Müdrikliklə yaratdığın qəlblərimizi
lütfünlə bol et!

Təsəlli verən Sənsən!
Göydən enən Rəbbimin ənamısan.
Həyatın mənbəyi, alovlu məhəbbət
və ruhani məlhəmi Sənsən.

Sən ənamların bolluğusan.
Uca Rəbbin yaradılış barmağısan.
Atanın vədi Sənsən,
Rəbbin Kəlamını çatdıransan.

Bizi nurlandır! Ruhumuzu gücləndir!
Ürəklərimizə alovlu məhəbbətini tök!
Bədənimiz zəif olanda
onu lütfünün gücü ilə ruhlandır.

Bizi düşmənlərdən qoru,
sülhünü üstümüzdən heç vaxt əsirgəmə!
Sənin iradən altında ikən
Bütün pis təsirlərdən azad oluruq.

Atanı tanımağı bizə öyrət,
Oğlunu necə sevməyi bizə öyrət,
Ey Allahın Ruhu, qoy Sənə,
İçdən güvənərək iman edək.

Amin.