“Müxtəlif dinlərin maddi-mənəvi irsi (Qarabağ kontekstində) və dinlərdə musiqi”mövzusunda konfrans

Noyabr ayının 29-da Bakı şəhərinin Müqəddəs Məryəm katolik kilsəsinin mqd. Covanni Bosko adına konfrans zalında “Müxtəlif dinlərin maddi-mənəvi irsi (Qarabağ kontekstində) və dinlərdə musiqi”mövzusunda konfrans keçirilib.
Konfransın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi olmuşdur.
Tədbir iştirakçılarını Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının adından salamlayaraq, keşiş Yozef Marek dini incəsənətin, xüsusilə ruhani musiginin gələcək nəsilərin tərbiəsində vacibliyini vurğulamışdır. Ata Yozef həmçinin qeyd etdi ki “Musigini yaratmaq və ifa etmək gözəldir, lakin incəsənət o halda öz ali nöqtəsinə çata bilər, nə zaman ki o ruhani axtarış, ilk öncə Allahı axtarmaq ilə müşahidə olunur. ”
Tədbirdə dini icmaların, Mədəniyyət Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak etmişlər.