NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası Azərbaycan Xalqını Novruz Bayramı münasibətilə ürəkdən təbrik edir. Qoy hər il baharın gəlişi ilə yer üzünü yeniləndirən Uca Allah yurdumuza xeyir-dua versin, lütfündə səxavətli olsun, hər kədəri – sevincə, hər qıtlığı – bolluğa çevirsin!