Oğuzda “Azərbaycançılıq: dini həmrəyliyin və birgə yaşayışın qarantı” mövzusunda konfrans keçirilmişdir
İyunun 17-də Azərbaycanın dini icmalarının nümayəndələri respublikanın Oğuz-Qəbələ bölgəsinə səfər ediblər.Səfərin təşəbbüskarı və təşkilatçısı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Bəhai dini icması çıxış edib..
Səfər çərçivəsində qonaqlar Alban-Udi Xristian icmasının dini mərkəzlərini: mqd. Elişa (Yelisey) və Məryəm Ana kilsələrini, həmçinin Nic kəndinin məscidini və Oğuz şəhərinin xoral sinaqoqunu ziyarət ediblər.

İyunun 18-də Oğuz rayon icra hakimiyyətinin konfrans zalında “Azərbaycançılıq: dini həmrəyliyin və birgə yaşayışın qarantı” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete-nin xeyirduası ilə, konfransın işində Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev iştirak edib. O, dinlərarası sülhün qorunması və möhkəmləndirilməsi üçün azərbaycançılıq ideologiyasının əhəmiyyəti, Azərbaycanda multikulturalizmin tarixi və dini kökləri mövzusunda məruzə ilə çıxış etmişdir.