Ölkədəki dini konfessiyaların rəhbərləri və nümayəndələri Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində olublar

Azərbaycanın dini konfessiyaları Məşvərət Şurasının üzvləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində olub, “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini yazıblar.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Rusiya Federasiyasının səfiri M.Yevdokimova ölkənin katolik xristianları adından dərin hüznlə başsağlığı verib:
“…Rəbbdən ölənlərin ruhuna rəhmət, yaxınlarına səbr və təsəlli, yaralılara şəfa diləyirik.
Papa Fransisk ilə birlikdə bu faciənin bütün dünyada terroru planlaşdıran və həyata keçirənlərin qəlbinə və zehninə toxunması və onları həqiqi tövbəyə gətirərək Allaha və bəşəriyyətə qarşı bu ağır günahdan əl çəkmələri üçün dua edirik. ..” – başsağlığı məktubunda həmçinin qeyd olunub.