“PAPA AZƏRBAYCANA SƏFƏRİNİN XOŞ XATİRƏLƏRİNİ QƏLBİNDƏ SAXLAYIR, SİZİ DƏ ÖZ DUALARINDA XATIRLAYIR…” Arxiyepiskop Marek Solçinski – FOTO

Noyabrın 27-də Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisi, arxiyepiskop Marek Solçinski Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində Advent Dövrünün I Rəbb Günü Messasını icra edib.
Arxiyepiskop Marek Solçinskini ibadət zamanı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete və Prefekturanın keşişi Selva Kumar (SDB) müşaiyət ediblər.
Apostol nunsisi Zati-Müqəddəsləri Papa Fransiskin salamlarını Azərbaycandakı Kilsəyə çatdırdı.
“Papa Azərbaycana səfərinin xoş xatirələrini qəlbində saxlayır, sizi də öz dualarında xatırlayır…” – deyə, arxiyepiskop Solçinski bildirib.