PAPA FRANSİSK DUA İLİNİN BAŞLANMASINI ELAN ETDİ
Yanvarın 21-də günorta saatlarında, “Rəbbin Mələyi” duasını oxuduqdan sonra zəvvarları salamlayan Müqəddəs Ata, Kilsədə Dua İlinin başlanmasını elan etdi.
“Bir neçə aydan sonra Müqəddəs Qapılar açılacaq və 2025-ci ilin Yubileyi başlayacaq” deyən Roma Yepiskopu möminləri “bu mübarək hadisəni layiqincə yaşamağa və Allaha ümidin gücünü hiss etməyə hazırlaşmaq üçün daha səylə dua etməyə” çağırdı. “Ona görə də bu gün biz Dua İlinə başlayırıq. Bu İlin qeyd edilməsi hər bir xristiana şəxsi həyatda, Kilsənin və bütün dünyanın həyatında duanın böyük dəyərini və mütləq zərurətini yenidən kəşf etməyə kömək edəcək. Bu işdə bizə Evangelizasiya Departamentinin bizə təqdim edəcəyi vasitələr da kömək edəcək”, – deyə Papa Fransisk bildirib.
vaticannews.va/ru saytının materialları əsasında
