DUA NƏDİR?

Dua münasibətdir, bizi Yaradan və bizi Sevən Rəbb-Allah ilə. O hər şeyə qadirdir, hər şeyi bilir, kamildir, bizi tanıyır, bütün ehtiyaclarımızi bilir, hətta…

“Sözlərimi dilə gətirməmişdən əvvəl,
Ya Rəbb, hamısını tamamilə bilirsən.” (Zəbur 139:4)

Buna baxmayaraq, Əbədi Olan bizi ünsiyyətə, söhbətə çağırır.

Dua ilə Tanrını dəyişməyəcəyik, O artıq kamildir, Onun planları da kamildir və onları heç kim dəyişə bilməz. Dua ilə özümüzü və dünyanı dəyişə bilərik ki, Rəbb-Allahdan daha çox lütf ala bilsin.

Misal: necə ki, işıq bağlı bir evə girə bilməz, Tanrının lütfü bağlı ürəyə, günahla kütləşmiş bir qəlbə girə bilməz. Dua isə ürəyin pəncərələrini, qapılarını açır və Rəbbin nuru daxilimizdə olur.

Dua magiya deyil, orda məcburiyyət söhbəti yoxdur, Tanrı bizi azad şəkildə yaratdı, O, robotlar istəmədi, azad insanlar istədi. Adəm və Həvva ilə başlayarkən, adamlar azad seçim edir, Xeyir və ya Şər. Tanrı pisliyi istəmir, günahı istəmir, bizim səhv yollara getməyimizi istəmir, lakin, O BİZİ İSTƏYİR, azadlığımızı istəyir və buna görə seçimlərimizə hörmət edə-edə yol verir. Buna görə insanlar öz azadlığından sui-istifadə edərkən, günah edə bilər, bunun nəticəsində hətta cəhənnəmə gedə bilər, baxmayaraq ki, Allah onların cəhənnəmə getməyini istəmir. O bizə azadlıq verdi və buna görə həm də bu seçim mövcuddur. Cəhənnəm Tanrının işgəncə yeri deyil, amma Yaxşı Olanı inkar edənlər o yerdə və o vəziyyətdə əbədi olaraq yaxşılıqsız olacaq, Məhəbbət Olanı inkar edənlər əbədi olaraq məhəbbətsiz olacaq, Pak və Kamil Xoşbəxtliyi inkar edənlər artıq heç vaxt xoşbəxt olmayacaq…

Şam duanın rəmzidir. Necə ki, şam qaranlığı işıqlandırır, eyni ilə dua həyatlarımızı nurlandıra bilər. Adam şamı yandıranda, fikirləri daha rahat cəmləşdirə bilər, sakitləşə bilər. Lakin xatırlamalıyıq ki, şam özü duasız bir hərəkətdə, heç bir xeyir vermir, axı dünyanı Yaradan bizdən şam istəmir, həyatlarımızı istəyir, eyni ilə şeytan bir şamdan qorxmur, əsl və səmimi duadan qorxur.

Dua böyük bir şeydir, qoy hər insan ona aydın olan dildə, ürəyində, həyatında dua etsin. Duaların çoxlu formaları var: söz ola bilər, mahnı ola bilər, sakitlik, iş, hətta göz yaşları da gözəl və dərin bir dua ola bilər. Bu şeyləri Tanrının əllərinə verəndə, bizim ünsiyyətimizin ifadəsi olur, bütün bu şeylər bizi Rəbbə yaxınlaşdıra bilər, hətta çarmıxdan böyük bir lütf gələ bilər.

Yenədə, dua ilə biz Allahı dəyişmirik, amma dua ilə Külli-ixtiyar Rəbbin yaxşılığı bizim ürəklərimizi və dünyanı dəyişdirir və belə olanda, Rəbb ilə yaşayırıq.

Dua ilə istəklərimizi Var Olan Rəbb-Allaha bildirmirik, axı biz kimik ki, Ona məsləhət verək? O bizə lazım olanları bizdən daha yaxşı bilir! Duada Allahın istəklərinə də fikir verməyə çalışırıq, qoy həyatımızda Allahın iradəsi olsun. Buna görə Tanrıdan yalnız pul, əşyalar, sağlamlıq istəmək avtomatik olaraq bir dua deyil. Axı biz deyirik ki, “Ya Rəbb, qoy Sənin iradən olsun” onda necə ola bilər ki, insanlar dua edəndə Allaha yalnız öz iradənlərini və planlarını desinlər?