Rozari

Qədim Romada olduğu kimi orta əsrlərdə də adlı-sanlı adamlar arasında onlara tabe olanların yaxud hörmət edənlərin təqdim etdikləri çiçəklərdən toxunmuş tacı başında gəzdirmək adəti var idi. Kilsə bu adəti ruhani planda tətbiq etməyi və Məryəm Anaya dualardan toxunmuş tac – «Rozari» təqdim etməyi, duada Onu Atanın Qızı, Oğulun Anası və Müqəddəs Ruhun Nişanlısı kimi izzətləndirməyi bizə nəsihət edir.

Rozari duasından əvvəl adətən bu dua oxunur:
Rəbb İsa Məsih, Sənə bu Rozarini Adının izzəti üçün Sənin Müqəddəs Ananın şərəfinə və insan ruhlarının xilası üçün təqdim edirəm.
Adətən Rozari duası zamanı böyük və kiçik muncuq dənələrindən ibarət olan təsbeh istifadə olunur. Dua edənlər əvvəlcə özlərinə xaç işarəsini çəkirlər, sonra balaca xaçın üzərində «İman edirəm» duasını, birinci böyük muncuq dənəsində «Ey göylərdə olan Atamız», üç kiçik muncuq dənəsində üç dəfə «Salam, mübarək Məryəm» (iman, ümid və məhəbbətin çoxalması üçün), sonra ilk sirrini adı çəkilir və böyük muncuq dənəsində «Ey göylərdə olan Atamız», kiçik muncuq dənəsində on dəfə «Salam, mübarək Məryəm» və sonda «Ataya, Oğula və Müqəddəs Ruha indi də, həmişə də, əbədi olaraq da həmd olsun. Amin.» mədhiyyəsini söyləyirlər;
Həmçinin bu müraciətnaməni də sonda əlavə etmək olar: Əzəldən günahsız olan Məryəm, Sənin yanına gələn bizlər üçün Allaha dua et.
Yaxud 1917-ci ildə Məryəm Ananın Fatimada uşaqlara öyrətdiyi duanı söyləmək olar:
Rəbb İsa Məsih, bizim günahlarımızı bağışla, cəhənnəm alovundan bizi xilas et və bütün insanları, xüsusilə də, Sənin mərhəmətinə daha çox ehtiyacı olanları cənnətə apar.

Rozarinin 4 forması var: sevincli, nurlu, kədərli və izzətli.

>> Rozari duası – PDF link <<< (light)
>> Rozari duası – PDF link <<< (dark)

Materiallar:

Sevincli Rozari

 

Audio (MP3)

Video (yüklə)

Video (youtube)

Şəkillər (ZIP) prezentasiya ya telefon üçün | (4×3) versiya

 

 

Nurlu Rozari

 

Audio (MP3)

Video (yüklə)

Video (youtube)

Şəkillər (ZIP) prezentasiya ya telefon üçün | (4×3) versiya

 

 

Kədərli Rozari

 

Audio (MP3)

Video (yüklə)

Video (youtube)

Şəkillər (ZIP) prezentasiya ya telefon üçün | (4×3) versiya

 

 

İzzətli Rozari

 

Audio (MP3)

Video (yüklə)

Video (youtube)

Şəkillər (ZIP) prezentasiya ya telefon üçün | (4×3) versiya

 

 

 

Download (PDF, 2.78MB)

Download (PDF, 5.25MB)