QAFQAZ MÜSƏLMANLARI BAŞÇISI, ŞEYX-ÜL-İSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ DOĞUM GÜNÜNÜ QEYD EDİR
Avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyx-ül-islam Allahşükür Paşazadə həzrətləri doğum gününü qeyd edir.
Azərbaycanda Katolik Kilsəsinin bütün ruhaniləri, rahibləri və dindarları adından şeyx-ül-islam A.Paşazadəni ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Möhtərəm Şeyxin Azərbaycan və Qafqaz Müsəlmanları Başçısı kimi, islam dininin görkəmli ilahiyyatçısı və dini lideri kimi fəaliyyəti və xidməti təkcə islam dininin ardıcılları deyil, digər dinlərin nümayəndələri arasında da yüksək qiymətləndirilir.
Şeyx-ül-islam həzrətlərinin Azərbaycanda dinlərarası sülhün və harmoniyanın qorunub saxlanmasında və möhkəmləndirilməsində rolu xüsusi diqqət və təşəkkürə layiqdir. Azərbaycanda Katolik Kilsəsi də, ölkəmizin digər ənənəvi dini icmaları kimi şeyxülislam həzrətlərinin simasında digər insanların mənəvi dünyasına xüsusi hörmətlə yanaşan müdrik ağsaqqal və gözəl dost tapıb.
Hörmətli şeyxülislam Allahşükür Paşadazəyə Uca Yaradandan uzun ömür, cansağlığı və imanda atamız olan İbrahim peyğəmbərin ali idealları naminə lütf ilə bol xidmət diləyirik.