QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYX-ÜL-İSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ YEPİSKOP VLADİMİR FEKETE-Nİ MİLAD BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİB
Azərbaycan müsəlmanları adından və şəxsən öz adımdan Sizi böyük müqəddəs Milad bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edərək, əlaqələrimizin yüksək səviyyəsindən məmnun olduğumu bildirirəm və müsbət əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümid edirəm.
Bir daha Milad Bayramı münasibətilə təbriklərimizi, uzun ömür və sülh arzularımızı qəbul edin.
Hörmətlə,
Şeyx-ül-islam Allahşükür Paşazadə”