QURBAN BAYRAMINIZ MÜBARƏK!

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası ölkəmizin bütün müsəlman bacı və qardaşlarını qarşıdan gələn islam dininin iki böyük bayramlarından biri olan Eid-al-Adha – Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir!

Qurban Bayramı bizi: müsəlmanları, xristianları və yahudiləri – “iman gətirənlərin atası” adlanan mübarək İbrahimin qonaqpərvər çadırı altında qardaşlıq və sülh süfrəsinə səsləyir.

Qoy Uca Yaradan bütün dualarınızı qəbul etsin! Hər birinizə, ocaqlarınıza, əzizlərinizə ilahi səxavətlə bol xeyir-dua bəxş etsin! Allah ölkəmizi və xalqımızı daima hifz etsin!

Qurban Bayramınız Mübarək!