RƏBBİMİZ İSA MƏSİH KAİNATIN PADŞAHI BAYRAMI / BƏŞƏRİYYƏTİN İSANIN ALİ-MÜQƏDDƏS ÜRƏYİNƏ HƏSR EDİLMƏSİ / ÜMUMDÜNYA GƏNCLƏR GÜNÜ
«Kəsilmiş Quzu qüdrəti, sərvəti, hikməti, güvvəti, şərəfi, izzəti və alqışı almağa laiqdir»
İsa Məsih Kainatın Padşahı Bayramı liturgiya ilinin son Rəbb Günündə (bazar) qeyd olunur.
2021-ci ildə liturgiya ilinin son Rəbb Günü noyabrın 21-nə təsadüf edir.
Bayram bizə Allahın Oğlu, Xilaskar olan Məsihin Həqiqi Padşah Məqamını xatırladır. O bütün kainatın Hökmdarı və Rəbbidir, təbiət və insan ona tabedir.
“Kəsilmiş Quzu qüdrəti, sərvəti, hikməti, güvvəti, şərəfi, izzəti və alqışı almağa laiqdir” (Vəhy 5, 12)
Bayramın liturgiya ilinin son Rəbb Günündə qeyd olunması ona işarət edir ki, insanın malik olduğu, maddi və mənəvi səviyyədə ümid etdiyi hər şey başlanğıcını İsa Məsihdən alır, Onun Özündə də izzətli sonuna yetişir.
(http://www.kovensky.ru/calendary/jesus.html saytının materialları əsasənda)
İSA MƏSİH KAİNATIN PADŞAHI BÖYÜK BAYRAMI: Bəşəriyyətin İsanın Ali-Müqəddəs Ürəyinə həsr edilməsi.
Padşah Məsih Böyük Bayramı günü bütün katolik kilsələrində, bayram Liturgiyasının sonunda Ali-Müqəddəs Ənamlar nümayiş olunacaq, İsanın Ali-Müqəddəs Ürəyinə Litaniya oxunacaq və bütün bəşəriyyət İsa Məsihə həsr ediləcək. Hər kim ki bu həsretmədə iştirak edir, o, bütün digər zəruri şərtlərə əməl edərək, tam indulgensiya ala bilər.
İsa Məsih Kainatın Padşahı Bayramı – Katolik Kilsəsində Ümumdünya Gənclər Günüdür.
Gənclər – bəşəriyyətin və Kilsənin gələcəyidir. Bu səbəbdən Kilsə gənclərə ümid ilə baxır və gənclərə, onların ehtiyaclarına qarşı xüsusi diqqətlə yanaşmağa, gəncləri dualarımız ilə müşaiyət etməyə çağırır . Bu ümidin təzahürü – Ümumdünya Gənclər Günüdür. Bu ildən başlayaraq Ümumdünya Gənclər Günü, Müqəddəs Taxt-Tacın sərəncamı ilə İsa Məsih kainatın Padşahı Bayramı günü qeyd ediləcək. Pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq bu gün ilə bağlı hər hansısa tədbirlərin keçirilməsi hələ ki mümkün deyil, lakin bütün imanlılar gənclərə diqqət etməyə, onları dualarımızda yad etməyə və onlara dəstək olmağa çağırılır.