ROMA PAPASI FRANSİSK VIII BAKI QLOBAL FORUMUNUN İŞTİRAKÇILARINA MÜRACİƏT ÜNVANLAYIB
Pontifikin müraciəti tədbirin açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tərəfindən oxunub.
Sənəddə vurğulanır ki, forum ədəbi irsi regional birlik rəmzi olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə üst-üstə düşür.
“Onun yaradıcılığına hörmət əlaməti olaraq 2021-ci il Azərbaycanda “Nizami ili” elan edilmişdir. İnanıram ki, bu forumda konkret və səmərəli təkliflər veriləcəkdir ki, bu da beynəlxalq ictimaiyyət üçün vacibdir. Bundan başqa, ortaq maraqların tapılması beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, qarşılıqlı dialoq üzrə öhdəliklərin gücləndirilməsinə təkan verəcək”, – deyə pontifik müraciətində qeyd edib.
Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.
