Slovakiya Milli Şurasının sədri Bakının Müqəddəs Məryəm kilsəsini ziyarət edib
11 iyun 2022-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri cənab Boris Kollar və Slovakiya parlament nümayəndə heyətinin üzvləri Müqəddəs Məryəm kilsəsini ziyarət ediblər.
Ali qonaqları kilsədə Azərbaycandakı Katolik Kilsəsinin Apostol Prefekti yepiskop Vladimir Fekete qarşılayıb.
Mons. Fekete cənab Boris Kollara və slovakiyalı parlamentarilərə Azərbaycanda katolik icmasının həyatı, ölkəmizdə xristianlığın tarixindən, eləcə də yerli Kilsənin həyata keçirdiyi sosial layihələrdən danışıb.
Qonaqlar Roma Papası II İohann Pavelin Azərbaycana səfərinin 20-ci ildönümü münasibətilə təşkil olunmuş fotosərgi ilə də tanış olublar.
Görüşdə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasında xidmət edən slovakiyalı keşişlər və rahiblər iştirak ediblər.